Azərbaycan Rusiyaya uduzdu

Azərbaycan Rusiyaya uduzdu
Türkiyənin Antalya şəhərində keçirilən şahmat üzrə komandalararası dünya çempionatı davam edir. Fanat.az xəbər verir ki, turnirdə IV turun oyunlar baş tutub.
III turda Ukraynaya uduzan millimiz bu dəfə Rusiyanı sınağa çəkib. Lakin şahmatçılarımız bu dəfə də sevinə bilməyiblər və 1,5:2,5 hesabı ilə uduzublar. Yığmamızın üzvlərindən Rauf Məmmədov, Nicat Məmmədov və Qədir Hüseynov rəqibləri ilə sülh bağlayıb, Eltac Səfərli isə məğlub olub.
Azərbaycan - Rusiya 1,5:2,5
Rauf Məmmədov (2647) - Vladimir Kramnik (2793) 0,5:0,05
Eltac Səfərli (2653) - Sergey Karyakin (2756) 0:1
Nicat Məmmədov (2616) - Aleksandr Qrişuk (2785) 0,5:0,5
Qədir Hüseynov (2607) - Nikita Vityuqov (2741) 0,5:0,5
Misir - ABŞ
Türkiyə - Hollandiya 0,5:3,5
Almaniya - Ukrayna 1:3
Çin - Ermənistan 2,5:1,5
Misir - ABŞ 0,5:3,5
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər