Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazandı

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazandı

Almaniyanın Heydelberq şəhərində paracüdo üzrə Avropa çempionatına start verilib.

Fanat.Az xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən Saleh Sultanov (J1, 81 kiloqram) ilk görüşünü qələbə ilə başa vurub.

İdmançı 1/4 final mərhələsində fransalı Cyril Jonardla qarşılaşıb və məğlub olub. Təsəlliverici görüşdə neytral bayraq altında çıxış edən Aleksandr Zuzqovu məğlub edən Saleh Sultanov bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.

Paracüdoçu həlledici görüşdə Gürcüstan təmsilçisi Mişiko Siobrişviliyə qalib gələrək, Avropa çempionatının bürünc medalına sahib olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər