Türkiyənin Antalya şəhərində keçirilən şahmat üzrə komandalararası dünya çempionatı davam edir. Fanat.az xəbər verir ki, bu gecə VIII turun oyunları baş tutub.
Son turlarda uğursuz çıxış edərək, medal qazanmaq şansını heçə endirən Azərbaycan yığması bu dəfə Misir sınağa çəkib. Bu dəfə şahmatçılarımız rəqibə heç bir şans verməyib - 4:0.
Misir - Azərbaycan 0:4
Xalid Abdel Razik (2450) - Eltac Səfərli (2653) 0:1
Sami Şoker (2500) - Nicat Məmmədov (2616) 0:1
Bassem Amin (2652) - Vasif Durarbəyli (2559) 0:1
Həsən Labib İbrahim (2411) - Qədir Hüseynov (2607) 0:1
Ukrayna - Rusiya 1,5:2,5
Hollandiya - Ermənistan 0,5:3,5
Türkiyə - ABŞ 2:2
Almaniya - Çin 1,5:2,5
Turnir cədvəli: Rusiya - 13, Ukrayna, Çin - 12 xal, Ermənistan - 10, ABŞ - 9, Hollandiya - 8, Azərbaycan - 7, Almaniya - 6, Türkiyə - 3, Misir - 0.
Fanat.az