Azərbaycan millisinin üzvü rəsmən 5 qat Belçika çempionunda

Azərbaycan millisinin üzvü rəsmən 5 qat Belçika çempionunda
Futzal üzrə Azərbaycan milli komandasının üzvü Eduardo Borges karyerasını Belçikanın "Halle Gooik” klubunda davam etdirəcək.
Fanat.Az xəbər verir ki, son 3 mövsümdə Fransanın "Acces Futsal” klubunun uğurları üçün çalışan müdafiəçi bu dəfə Belçika çempionu ilə anlaşıb. O, qarşıdakı 1 ili bu komandanın heyətində keçirəcək.
Qeyd edək ki, 2015-2019-cu illərdə ardıcıl 5 mövsüm Belçika çempionu olan "Halle Gooik” yarımçıq başa çatdırılan son mövsümdə qalib ola bilməyib.
Onu da qeyd edək ki, Eduardo 2010-18-ci illərdə Azərbaycanın ən titullu klubu "Araz”da oynayıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər