Azərbaycan millisinin üzvü Latviya klubuna transfer olundu - FOTOLAR

Azərbaycan millisinin üzvü Latviya klubuna transfer olundu - FOTOLAR
"Sumqayıt"ın əvəzedicilərdən ibarət komandasının futbolçusu Tural Bayramlı Latviyanın "Dauqavpils" klubuna transfer olub. 
Bu barədə "Report"a 21 yaşlı yarımmüdafiəçinin meneceri Erkin İbrahimov məlumat verib. O, bildirib ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin də şərəfini qoruyan Bayramlı ilə 6 ay + 1 illik müqavilə bağlanılıb. Anlaşmaya əsasən, oyunçu istəsə, yay transfer dönəmində "Dauqavpils"i tərk edə bilər. 
İbrahimov "Dauqavpils”in yaxın günlərdə "Sumqayıt"ın digər üzvü Nazim Bağırovla da sözləşmə imzalayacağını açıqlayıb. 
Qeyd edək ki, "Dauqavpils” Latviyanın I Divizionunda çıxış edir. Komanda 22 turdan sonra 58 xalla turnir cədvəlinə başçılıq edir. Komanda Latviyanın əsas liqasında iştirak üçün əsas namizəddir. 
Fanat.Az
 
Azərbaycan millisinin üzvü Latviya klubuna transfer olundu - FOTOLAR Azərbaycan millisinin üzvü Latviya klubuna transfer olundu - FOTOLAR Azərbaycan millisinin üzvü Latviya klubuna transfer olundu - FOTOLAR Azərbaycan millisinin üzvü Latviya klubuna transfer olundu - FOTOLAR Azərbaycan millisinin üzvü Latviya klubuna transfer olundu - FOTOLAR
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər