Azərbaycan millisinin üzvü İngiltərədə qol vurdu

Azərbaycan millisinin üzvü İngiltərədə qol vurdu
İngiltərədə yarıpeşəkar klublar arasında keçirilən "FA Trophy” kubokunda üçüncü mərhələnin cavab oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Sərhat Daşdəmirin çıxış etdiyi "Fayld” doğma meydanda "Ramsbottom Yunayted”i sınağa çəkib.
Futbolçumuzun komandası 4:1 hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib. Sərhat start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. 50-ci dəqiqədə qol vuran futbolçumuz komandasının üçüncü qoluna imza atıb.
Qeyd edək ki, "Fayld”la "Ramsbottom Yunayted” arasındakı ilk oyun 5:5 hesablı heç-heçəylə bitmişdi.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər