Azərbaycan millisinin keçmiş baş məşqçisi Robert Prosineçki yeni klubu "Olimpiya"da ilk rəsmi oyununu keçirib. Fanat.Az xəbər verir ki, Sloveniya təmsilçisi xorvatiyalı mütəxəssisin debütünü darmadağınla qeyd edib - 4:1. Prosineçki "Radomlye" ilə oyundan sonra təəssüratlarını bölüşüb: "Azarkeşlərin məni alqışlarla qarşılaşması təsirli idi. Bu sevgini bilmək çox xoşdur. Lyublyanaya qayıdanda "Olimpiya"nın mənim üçün xüsusi, emosional klub olduğunu vurğuladım. Mən futbolçu kimi burada oynamışam və çox gözəl bir il keçirmişəm. Azarkeşlərin sevgisi yaxşıdır, amma ən əsası nəticələrdir. O ki qaldı oyuna, görüşdən əvvəl vurğulamışdım ki, "Radomlye" futbol oynamağı bilən komandadır. Top onda olanda çox təhlükəli ola bilər. Amma bu dəfə həqiqətən də futbolçularımı təbrik etməliyəm, çünki çox yaxşı oyun göstərdilər. Yekunda 4:1 hesabı ilə qalib gəldik və xoşbəxtik. Özümüzə inamı daha da gücləndirdik. Düzdür, biz cəmi iki həftədən az bir vaxtda birlikdə olmuşuq. Ona görə də səhvlərin olması məntiqlidir. Vacib olan yanaşma düzgün idi. Uşaqlar motivasiyalı idilər, özlərini sübut etməyə can atırdılar. Bu, hər kəsə, hətta ehtiyat oyunçular skamyasından oyuna daxil olanlara da aiddir. Növbəti məşqlərdə hər şeyi edəcəyik ki, gələcəkdə mümkün qədər az səhv edək”. Qeyd edək ki, Prosineçki 2014-2017-ci illərdə Azərbaycan milli komandasını çalışdırıb.
Azərbaycan millisinin keçmiş baş məşqçisindən uğurlu debüt
TREND
Azərbaycan futbolu
23:31
07.10.2026
"Qarabağ"ın gənc hücumçusuna Avropa nəhəngindən dəvət
Azərbaycan futbolu
16:43
08.10.2026
Ayxan Abbasov Rusiyanın elita klubunun əsas qapıçısı ilə maraqlanacaq - AÇIQLAMA
Azərbaycan futbolu
11:12
11.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
10:33
12.10.2026
Həftəiçi oyunlar bu kanallarda- AFİŞA
Oxşar xəbərlər
Dünya futbolu
22:54
12.10.2026
“Barselona” Pedro Porronu transfer etmək istəyir
Dünya futbolu
22:28
12.10.2026
“Barselona” Pedro Porronu transfer etmək istəyir
Dünya futbolu
22:26
12.10.2026
“Real Madrid” Bellinqemlə yeni müqavilə planlaşdırır
Dünya futbolu
16:45
12.10.2026
La Liqa komandasının baş məşqçisi qovuldu - RƏSMİ