Azərbaycan millisinin hücumçusu "Keşlə"də

Azərbaycan millisinin hücumçusu "Keşlə"də
"Keşlə" klubu heyətini yeni futbolçu ilə gücləndirib. 
Klubun mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, paytaxt təmsilçisi Azərbaycan millisinin futbolçusu Ruslan Qurbanovu heyətinə qatıb. 28 yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb. 
Qeyd edək ki, Ruslan Qurbanov 2018-2019 mövsümündə "Səbail"də çıxış edib. O, komanda ilə birlikdə Azərbaycan Premyer Liqasında bürünc medal qazanıb. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər