Azərbaycan millisinin futbolçusu Ukrayna klubunda

Azərbaycan millisinin futbolçusu Ukrayna klubunda
Azərbaycan millisinin futbolçusu Anatoli Nuriyevin yeni klubu bəlli olub.
Fanat.Az "Xsport.ua" saytına istinadən xəbər verir ki, 25 yaşlı hücumçu Ukrayna "Kolos"u ilə müqavilə imzalayacaq.
Sözləşmənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Anatoli Nuriyev ötən mövsüm Ukraynın "Minay" klubunun formasını geyinib. Komanda Premyer Liqada sonuncu - 14-cü yeri tutaraq, aşağı liqaya enib.
Forvard çempionatda 10 qol vuraraq, bombardirlər siyahısında "Zarya"nın futbolçusu Şahab Zahedi ilə birgə 3-4-cü yerləri bölüşüb.
"Kolos" klubu son mövsümdə Ukrayna Premyer Liqasında 4-cü olub və Konfrans Liqasına vəsiqə qazanıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər