İspaniyanın "Albasete" klubu Azərbaycan millisinin futbolçusu Eddi İsrafilova görə Apellyasiya Komitəsinə müraciət edib.
Fanat.Az xəbər verir ki, klub yarımmüdafiəçinin Sequndanın XXXVI turunda "Rasinq"lə matçda aldığı sarı vərəqənin ləğv olunmasını istəyib. Amma Apellyasiya Komitəsi müraciəti rədd edib.
Qeyd edək ki, "Albasete" səfərdə "Rasinq"i 2:1 hesabı ilə məğlub edib.
Fanat.Az