Azərbaycanın 21 yaşadək futbolçulardan milli komandasnın sabiq üzvü, hazırda Almaniyanın "Bohum" klubunda çıxış edən Barış Ekincier Türkiyə Superliqasında çıxış edə bilər.
Fanat.Az Türkiyə mediasına istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçinin xidmətində "Konyaspor" maraqlıdı. Gənc futbolçunun yaxın günlərdə Konyaya yollanaraq uzunmüddətli müqaviləyə imza atacağı gözlənilir.
Qeyd edək ki, Türkiyə və Azərbaycan vətəndaşlığı olan Barış Ekincier peşəkar karyerasında indiyədək 79 oyun keçirib. Ekincier bu matçlarda 13 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Azərbaycan millisinin formasını 12 dəfə geyinən futbolçu 4 qol vurub.
"Konyaspor" cari mövsümdə Superliqada keçirdiyi 17 oyunda 22 xal qazanıb və 10-cu pillədə qərarlaşıb.