Azərbaycan millisinin futbolçusu Qazaxıstan klubunda

Azərbaycan millisinin futbolçusu Qazaxıstan klubunda
Qadınlardan ibarət Azərbaycan millisinin futbolçusu Aysun Əliyevanın yeni klubu müəyyənləşib. 
Fanat.Az AFFA-nın rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, Əliyeva Qazaxıstanın "Okjetpes" komandasına keçib. 
Onunla 6 aylıq müqavilə imzalanıb. 
Qeyd edək ki, daha öncə yığmanın digər üzvləri Nərgiz Hacıyeva, Manə Mollayeva və Vüsalə Seyfəddinova Rusiyanın "Ryazan" klubu ilə 5 aylıq müqaviləyə qol çəkib. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər