Azərbaycan millisinin futbolçusu İsveçrə klubunda - RƏSMİ

Azərbaycan millisinin futbolçusu İsveçrə klubunda - RƏSMİ
Azərbaycan millisinin üzvü Renat Dadaşov karyerasını İsveçrədə davam etdirəcək.
Fanat.Az xəbər verir ki, İngiltərənin "Vulverhempton” klubu millimizin üzvünü "Qrasshopers”ə icarəyə verib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Birinci divizion təmsilçisi Dadaşovla 1 illik icarə müqaviləsi imzalandığını açıqlayıb.
Azərbaycan millisinin futbolçusu İsveçrə klubunda - RƏSMİ
Renat Dadaşov 
"Qrasshopers” "Vulverhempton”dan Konnor Ronanı da icarəyə götürüb. Onunla da bir illik icarə müqaviləsi imzalanıb.
Azərbaycan millisinin futbolçusu İsveçrə klubunda - RƏSMİ
Renat Dadaşov - Konnor Ronan
Qeyd edək ki, Renat Dadaşov 2019-cu ilin avqustunda keçdiyi "Vulverhempton"la 4 illik müqavilə imzalayıb. Gənc forvard hələ ki, əsas komandada debüt etməyib. Millimizin üzvü 2019/20 mövsümünün ilk yarısını icarə əsasında Portuqaliyanın "Pakuş de Ferreyra" klubunda keçirib. O, mövsümün ikinci yarısında "Vulverhempton"un U-21 komandasında çıxış edib.
Onu da qeyd edək ki, "Qrasshopers” 1886-cı ildə yaradılıb. Komanda 27 dəfə İsveçrə çempionu, 19 dəfə ölkə kubokunun qalibi, 2 dəfə Liqa Kubokunun və 1 dəfə Super Kubokun qalibi olub. Komanda iki dəfə UEFA Kubokunun (İndiki Avropa Liqası) qrupuna vəsiqə qazanıb.
Anqolalı Joao Karlos Pereyranın baş məşqçisi olduğu "Qrasshopers” son mövsümdə I divizionda 3-cü pilləni tutub və güclülər dəstəsinə vəsiqə qazana bilməyib.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər