Azərbaycan millisinin futbolçusu əməliyyat olundu

Azərbaycan millisinin futbolçusu əməliyyat olundu

Azərbaycan millisinin və "Sumqayıt" klubunun futbolçusu Elvin Bədəlov əməliyyat olunub.

Fanat.Az "gənclik şəhəri" təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçinin əməliyyatı uğurlu alınıb.

Diz bağlarında qopma müəyyənləşən oyunçu 6 ay yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, Elvin Bədəlov "Qəbələ" ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının V tur oyununda zədələnib.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər