“Sumqayıt”ın sabiq müdafiəçisi Cəmaləddin Xocaniyazovun Azərbaycan millisində oynamaq variantı olub.
Fanat.Az xəbər verir ki, bu barədə 26 yaşlı rusiyalı "RİA Novosti"yə müsahibəsində danışıb.
O, Ramil Şeydayevin milliləşməsinə hörmətlə yanaşdığını, lakin özünün buna hazır olmadığını deyib: "Azərbaycan millisində oynamaq ehtimalım var idi. Amma bu variantı heç vaxt düşünməmişəm. Bu, onun qərarıdır. Şeydayevə hörmət edirəm. Amma mən hələlik istəmirəm".
Qeyd edək ki, Türkmənistanda doğulan uyğur əsilli Cəmaləddin Xocaniyazov 2019-cu ilin avqustundan bu yaya kimi "Sumqayıt"ın şərəfini qoruyub.