Azərbaycan millisində şiə-vəhabi qarşıdurması

Azərbaycan millisində şiə-vəhabi qarşıdurması
Yunan-Roma güləşi üzrə milli komandanın üzvü, Avropa çempionu Elçin Əliyev  komandanın təlim-məşq toplanışından qovulub. Fanat.az xəbər verir ki, idmançı millinin iranlı baş məşqçisi Çəmşid Xeyrabadinin tələbi ilə komandadan uzaqlaşdırılıb.
 
Elçin Əliyev sələfi təriqətinə inanc gətirməsi şiə olan iranlı məşqçinin təpkisi ilə qarşılanıb. Nəticədə idmançı qadağaya məruz qalıb.  Məlumata görə, buna səbəb idmançının saqqal saxlaması olub. Güləşçidən saqqalını qırxmağı tələb ediblər, o isə bundan imtina edib.
 
Bundan sonra Əliyevi təlim-məşq toplanışından uzaqlaşdırıblar. Ona deyiblər ki, yalnız saqqalını qırxdırdıqdan sonra millinin heyətinə qayıda bilər.
 
Avropa çempionu özü saqqalına görə təzyiqə məruz qaldığını etiraf edib: "Məni qovmayıblar, sadəcə, federasiyadan “saqqalını qırx” dediklərinə görə, özüm millini tərk etmişəm. Düşünürəm ki, biz azad bir ölkədə yaşayırıq. Hər birimizin azad yaşamaq hüququ var. Kimisə mənə oxşadırlar, nə isə deyirlər, bunun mənə nə dəxli axı? Guya, əstağfurullah, məni vahabi adlandırırlar. Hər kəsin azad yaşamaq hüququ var. Mənim Allahım hər şeydən üstündü. Əgər məni belə qəbul edəcəklərsə, qayıdacam, yoxsa əsla. Mən bu idmanda can qoymuşam. Fərid Mansurov, Rövşən Bayramov kimi güləşçilərlə çiyin-çiyinə güləşmişəm. Mən orda olarkan hazırkıların bəziləri heç federasiyanın yolunu da bilməyiblər. Yenə deyirəm, mənim əqidəm var, dinim var. Əqidəmdən dönmərəm".
publika.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər