17 yaşadək futbolçuardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində bu gün son oyununu keçirəcək. Fanat.Az xəbər verir ki, millimiz Bosniya və Herseqovinanın Kakanj şəhərində təşkil olunan qrup mərhələ oyununda Lixtenşteynin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Xatırladaq ki, Azərbaycan yığması daha öncə Ukraynaya 2:5, Bosniya və Herseqovinaya isə 0:1 hesabıyla uduzub. Oyunu idarə edəcək hakimləri diqqətinizə çatdırırıq: 16:30. Lixtenşteyn – Azərbaycan Hakimlər: Eldorjan Hamiti, Xhulio Mani (Albaniya), Arnel Novalic, Benjamin Deljkovic (Bosniya və Herseqovina) 30 oktyabr. Kakanj. Mladost Stadium.