Azərbaycan millisi 2013-cü ildə rekorda imza atıb. Fanat.az xəbər verir ki, FIFA reytinqində ili 94-cü pillədə başa vuran yığmamız bununla da rekord vurub.
Bundan əvvəl yığmamız ən yaxşı halda 97-ci olmuşdu. Komanda 1999-cu ilə məhz bu pillədə yekun vurmuşdu.
1994 - 147
1995 - 141
1996 - 125
1997 - 123
1998 - 99
1999 - 97
2000 - 115
2001 - 113
2002 - 113
2003 - 119
2004 - 113
2005 - 114
2006 - 125
2007 - 115
2008 - 134
2009 - 114
2010 - 98
2011 - 112
2012 - 118
2013 - 94
Qeyd edək ki, yığmamız 2013-cü ildə 24 pillə irəliləyib. İlə 118-ci pillədə başlayan komanda aprel ayında 120-ci yerə yüksəlib və iyundan etibarən yenidən irəliləməyə başlayıb. Dekabrda millimiz nəhayət 94-cü yerə yüksəlib.
Fanat.az