Azərbaycan millisi İrandan 3 medalla qayıdır

Azərbaycan millisi İrandan 3 medalla qayıdır

İranın paytaxtı Tehranda Asiya regionu üzrə parataekvondoçular arasında G-2 kateqoriyalı “President Cup” turniri keçirilib.

Fanat.Az xəbər verir ki, yarışa 5 idmançı ilə qatılan Azərbaycan millisi üç medal qazanıb.

Millinin baş məşqçisi Fərid Tağızadə və böyük məşqçi Yaşar Səfərovun yetirmələrindən Sabir Zeynalov (K-44, 58 kq) və İmaməddin Xəlilov (K-44, 70 kq) gümüş, Əbülfəz Abuzərli isə (K-44) 80 kq çəki dərəcəsində bürünc medal qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər