Azərbaycan millisi dünya çempionatında debüt edəcək

Azərbaycan millisi dünya çempionatında debüt edəcək

Azərbaycanın su polosu üzrə U-16 milli komandası Yunanıstanın Volos şəhərində dünya çempionatında iştirak edəcək. 

Azərbaycan Üzgüçülük Federasiyasından Fanat.Az-a verilən məlumata görə, yeniyetmələrdən ibarət yığma ölkənin su idman növləri üzrə tarixində ilk dəfə olaraq dünya çempionatına qatılacaq. 

Qeyd edək ki, 40 ölkənin iştirak edəcəyi dünya çempionatı 21-27 avqustda keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər