Azərbaycan millisi 10 top buraxdı

Azərbaycan millisi 10 top buraxdı
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Rusiyanın paytaxtı Moskvada təşkil olunan dünya çempionatının seçmə oyunları çərçivəsində İspaniya yığması ilə qarşılaşıb.
 
Fanat.az xəbər verir ki, bu qarşılaşmada qapılara 15 top vurulub.
Görüş rəqibin 10:5 hesablı qələbəsi ilə başa çatıb. Comərd Baxşəliyev və Sabir Allahquliyevin dubl etdiyi oyunda millimizin digər qolunu Amid Nazarov vurub.
Komandamız qrupda son oyununu bu gün Latviya yığmasına qarşı keçirəcək.
Fanat.az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər