Azərbaycan - Macarıstan oyununu kim idarə edəcək?

Azərbaycan - Macarıstan oyununu kim idarə edəcək?

Futzal üzrə "AVRO-2018"in əsas seçmə mərhələsində keçiriləcək Azərbaycan - Macarıstan oyununa hakim təyinatları açıqlanıb.

Fanat.Az xəbər verir ki, millimizin görüşünü Finlandiya və Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək. Timo Onatsu (Finlandiya) matçın 1-ci, Borislav Kolev isə (Bolqarıstan) 2-ci hakim kimi meydana çıxacaq.

Onatsu ardıcıl 3-cü dəfə millimizin oyununa təyinat alıb. O, I turun Azərbaycan -  Bosniya və Herseqovina matçının (5:4), II turun Azərbaycan - Albaniya qarşılaşmasının (5:0) ikinci referisi funksiyasını yerinə yetirib.

Qeyd edək ki, Azərbaycan - Macarıstan oyunu aprelin 11-i keçiriləcək.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər