Azərbaycan Kubokunda 2014/15 mövsümünün təqvimi açıqlanıb. Fanat.az xəbər verir ki, mövsümə oktyabrın 22-də start veriləcək.
Həmin gün 1/16 final mərhələsinin oyunları keçiriləcək. Dekabrın 3-də 1/8 finalın matçları baş tutacaq. Hər iki mərhələdə qaliblər bir oyunun nəticəsinə görə müəyyənləşəcək.
1/4 finalın ilk oyunları 2015-ci ilin 4 martında, cavab görüşləri 13 martda keçiriləcək. Yarımfinal matçları aprelin 13-də və 21-də baş tutacaq.
Final oyunu həmişəki kimi may ayına təyin olunmayıb. Belə ki, Azərbaycan Kubokunda mövsüm iyunun 3-də yekunlaşacaq.
22 oktyabr
1/16 final
3 dekabr
1/8 final
4 mart
1/4 final (ilk oyunlar)
13 mart
1/4 final (cavab oyunları)
13 aprel
1/2 final (ilk oyunlar)
21 aprel
1/2 final (cavab oyunları)
3 iyun
Final
Fanat.az