Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunlarından biri canlı yayımlanacaq. Fanat.az xəbər verir ki, "İdman Azərbaycan" kanalı aprelin 24-də keçiriləcək və saat 17.00-da başlayacaq "Rəvan" - "Neftçi" matçını azarkeşlərə təqdim edəcək.
"Xəzər Lənkəran"ının ev oyunları canlı yayımlanmır. Bu səbəbdən "Qəbələ" ilə matçı da televiziya vasitəsi ilə izləmək mümkün olmayacaq. Əvəzində "Xəzər Lənkəran"ın rəsmi saytı saat 19.00-da başlayacaq matçı azarkeşlərə təqdim edəcək.
Fanat.az