Azərbaycan kuboku: 1/8 final rəqəmlərin gözü ilə

Azərbaycan kuboku: 1/8 final rəqəmlərin gözü ilə
Bu həftə Azərbaycan Kuboku uğrunda yarışların 1/8 final mərhələsinin oyunları keçiriləcək. Qarşılaşacaq 8 cütdən 5-də rəqiblər ilk dəfə üz-üzə gələcək. Digər 3 cüt isə əvvəllər də qarşılaşıb. Azərbaycan kubokunu ən çox qazanan 2 klub - “Neftçi” və “”Kəpəz” isə artıq 12-ci dəfə görüşəcək. Bu cüt yarışın tarixində ən çox təsadüf olunan 2-ci dueldir. Yalnız “Neftçi” - “Qarabağ” qarşıdurması daha çox - 17 dəfə baş tutub.
Azərbaycan Kuboku
1/8 final 
4 dekabr
İnter - Şuşa
+1=0-0, top fərqi 4-1
3 il əvvəl baş tutan qarşılaşmada “İnter” asan qələbə qazanmışdı. Premyer Liqa təmsilçisi böyük hesabla məğlub etdiyi aşağı dəstə klubu ilə bu dəfə öz meydanında qarşılaşacaq.

2010/11

1/8 final

Şuşa - İnter  (Bakı)

1:4

Neftçi - Kəpəz
+5=2-4, top fərqi 14-10
Son 5 matçdan 4-də qalib gələn “Neftçi” baş tutan 11 qarşılaşmada cüzi üstünlüyə malikdi. Bakılılar 6 dueldən 4-də mərhələ adlamağı bacarıb.

1995/96

1/4 final

Kəpəz (Gəncə) - Neftçi (Bakı)

1:0, 0:2

1997/98

1/2 final

Neftçi (Bakı) - Kəpəz (Gəncə)

1:2, 1:2

1999/00

1/2 final

Kəpəz (Gəncə) - Neftçi (Bakı)

1:0, 0:0

2000/01

1/4 final

Neftçi (Bakı) - Kəpəz (Gəncə)

1:0, 3:1

2010/11

1/8 final

Gəncə - Neftçi (Bakı)

1:3

2011/12

1/4 final

Kəpəz (Gəncə) - Neftçi (Bakı)

1:2, 1:1

Bakı - Sumqayıt
+1=0-0, top fərqi 3-1
Bir il əvvəl elə eyni mərhələdə qarşılaşan komandalar yenidən 1/8 finalda görüşəcək. Bu dəfə də meydan sahibi olacaq paytaxtın eyniadlı təmsilçisi ötən mövsümdə rəqibini məğlub etmişdi.

2012/13

1/8 final

Bakı – Sumqayıt

3:1

Qaradağ - Rəvan
İndiyədək görüşməyiblər
Mil-Muğan - Qəbələ
İndiyədək görüşməyiblər
Qarabağ - AZAL
İndiyədək görüşməyiblər
Araz - Simurq
İndiyədək görüşməyiblər
Xəzər Lənkəran - Neftçala
İndiyədək görüşməyiblər
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər