Futzal üzrə Azərbaycan çempionatının lideri "Fener"in 3 oyunçusu milli komandalara dəvət alıb. Fanat.az xəbər verir ki, onlardan biri Ukrayna, digər ikisi isə Serbiya milli komandasının düşərgəsinə yollancaq.
Oktyabrın 27 və 28 Slovakiya ilə yoxlama görüşündə qıvvəsini sınayacaq Ukrayna millisinin düşərgəsinə Yevgeni Valenko dəvət edilib.
Serbiya isə Rusiya ilə yoxlama görüşləri keçirəcək. Novi Sadda keçiriləcək qarşılaşmlar oktyabrın 26-ı və 27-də baş tutacaq. Həmin qarşılaşmalara Vladimir Laziç və Slobodan Rayçeviç dəvət olunublar.
Fanat.az