UEFA Regionlar Kubokunun püşkatması keçirilib. Fanat.az xəbər verir ki, əvvəlcə reytinqi aşağı olan 8 komanda iki qrupa bölünüb.
Daha sonra isə ikinci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. Bu mərhələdə 32 komanda mübarizə aparacaq. Birbaşa ikinci təsnifat mərhələsinə qatılacaq komandaları ilk mərhələdə qrup qalibi olmuş komandalar da qoşulacaq.
Azərbaycan təmsilçisi 1-ci qrupda yer alacaq. Təmsilçimiz burda Xorvatiya və Latviya klubları ilə qarşılaşacaq. Daha bir rəqibimiz isə ilkin təsnifat mərhələsindəki A qrupunun qalibi (Uels, Estoniya, Qazaxıstan, İsveç) olacaq.
1-ci qrupun oyunlarının keçiriləcəyi tarix bəlli deyil. Amma qrupun oyunlarına Xorvatiya ev sahibliyi edəcək.
Qeyd edək ki, bu mərhələnin oyunlarına 2014-cü ilin dekabrın 15-nə kimi yekun vurulacaq. 8 qrupun qalibi 2015-ci ilin iyun ayının son 2 həftəsindən birində final mərhələsinin 2 qrupunda mübarizə aparacaq.
Onu da qeyd edək ki, hələ ki, ölkəmizi həvəskarlar arasında keçirilən bu turnirdə hansı klubun təmsil edəcəyi bilinmir. Ötən mövsüm Salyanın “Qaraçala” klubu turnirin final mərhələsinə qatılmaqla yeniliyə imza atmışdı.
I təsnifat mərhələsi
A qrupu (23-27 iyul): Uels, Estoniya*, Kazaxıstan, İsveç.
B qrupu (15-19 iyun): Sloveniya*, Yunanystan, San Marino, Şotlandiya.
II təsnifat mərhələsi
1-ci qrup (vaxtı məlum deyil): Azərbaycan, Xorvatiya*, Latviya, A qrupunun qalibi.
2-ci qrup (vaxtı məlum deyil): Almaniya, Slovakiya, İngiltərə, B qrupunun qalibi.
3-cü qrup (25-29 sentyabr): Serbiya*, Bolqarıstan, İsveçrə, Çexiya.
4-cü qrup (20-24 oktyabr): İrlandiya, Macarıstan*, Litva, İsrail.
5-ci qrup (23-27 sentyabr): Ukrayna, İspaniya, Şimali İrlandiya, Moldova*.
6-cı qrup (1-5 oktyabr): Türkiyə, Rusiya, Malta*, Finlandiya.
7-ci qrup (25-29 sentyabr): İtaliya, Portuqaliya, Bosniya və Hersoqovina*, Belarus.
8-ci qrup (13-17 oktyabr): Rumıniya, Polşa*, Fransa, Makedoniya.
Qeyd: * işarəsi qoyulan ölkələr qrupun oyunlarına ev sahibliyi edəcək.
Fanat.az