Futzal üzrə İngiltərə çempionu "Baku United" UEFA Kubokunun təsnifat mərhələsində ilk oyununu keçirib. Fanat.az xəbər verir ki, B qrupunda yer alan komanda Cəbəllütariqin "Gibraltar Skorpions" klubunu sınağa çəkib.
Oyun "Baku United"in 10:0 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan klubunun heyətində Marselo və Jose Karlos dubl edib, Tobe, Conatan, Douqlas, Reed Keni və Kus bir qol vurub. Daha bir topu isə "Gibraltar Skorpions"in oyunçusu öz qapısından keçirib.
Qrupun digər oyununda Bosniya və Hersoqovinanın "Sarayevo" klubu İsveç "Malmö"sünü 7:1 hesabı ilə yenib.
Qeyd edək ki, "Baku United" növbəti oyununu bu gün "Malmö"yə qarşı keçirəcək. Matç Bakı vaxtı ilə saat 23.30-da başlayacaq.
Fanat.az