"Qəbələ"nin 15 yaşadək futbolçulardan ibarət komandası İtaliyanın Turin şəhərində keçirilən Stefano Qusella xatirə turnirində çıxışını davam etdirir. Fanat.az xəbər verir ki, qrup mərhələsinin ilk iki oyununda 4 xal toplayan "qırmızı-qaralar" son matçında yerli "Torino" kollektivi ilə qarşılaşıb.
Matç turinlilərin 3:1-lik qələbəsi ilə yekunlaşıb. Təmsilçimizin yeganə qoluna Cavidan Qasımlı imza atıb. Bu nəticədən sonra 4 xalla qrupu ikinci yerdə tamamlayan "Qəbələ" 13-24-cü yerlər uğrunda mübarizəyə qoşulub. Bu mərhələdə təmsilçimizin rəqibləri "Qrasşopers" (İsveçrə) və "Milan" (İtaliya) olub. İlk matçda "Qrasşopers"lə üz-üzə gələn "qırmızı-qaralar" isveçrəlilərə Cavidan Qasımlının yeganə qolu ilə qalib gəlib - 1:0. Növbəti görüşdə "Milan"la qarşılaşan "Qəbələ" 0:5 hesabilə məğlub olub.
Bu gün təmsilçimiz 17-20-ci yerlər uğrunda daha iki oyun keçirəcək. İlk rəqib “Latsio” olacaq. Bu görüş Bakı vaxtı ilə saat 15.00-da başlayacaq.
Fanat.az