Azərbaycan klubu İngiltərə çempionu oldu

Azərbaycan klubu İngiltərə çempionu oldu
Böyük Britaniyada fəaliyyət göstərən “Odlar Yurdu” təşkilatının təsis etdiyi “Baku United” futzal klubu İngiltərə çempionatında zəfər yürüşünü davam etdirir. Fanat.az xəbər ki, Bakının adını daşıyan klub mayın 31-də ardıcıl ikinci dəfə İngiltərə çempionatının qalibi olub və növbəti sezon İngiltərəni futzal üzrə UEFA Kubokunda təkrar təmsil edəcək.
“Baku United” cari mövsümün şəksiz favoriti idi. Mövsüm ərzində “bakılılar” cəmi bir oyunu heç-heçə bitirərək digər qarşılaşmalardan qalib ayrılıb və rəqib qapılarından 120-dən çox qol keçirib.
May ayının 31-də İngiltərə Futzal Assosiasiyasının Mərkəzi - “Seynt Corc Park”da keçirilən Böyük Finalda “Baku United”dən başqa “Helvesia”, “Mançester FK” və “Lofboro” klubları ilə üz-üzə gəlib. Püşkatmanın nəticəsinə görə, “Baku United” yarımfinalda əzəli rəqibi “Helvesia” ilə qarşılaşıb. Qeyri-rəsmi final adlandırılan bu qarşılaşmada “Baku United” 3:1 hesabı ilə qalib gələrək, finala yüksəlib. Final qaşılaşmasında "bakılılar"ın rəqibi “Lofboro”ya qalib gəlmiş “Mançester futzal klubu” olub. Oyun tamamilə "Baku United"in üstünlüyü şəraitində keçib və nəticədə komandamız rəqibini 5:1 hesabı ilə darmadağın edib.
Beləliklə, “Baku United” futzal klubu İngiltərənin 2013/14 mövsümünün çempionu adını qazanıb. Klubun vitse-prezidenti, “Odlar Yurdu” təşkilatının İdarə Heyətinin üzvü İlqar Nağıyevin bildirdiyinə görə, “Baku United” sadəcə idman layihəsi deyil və onun əsas məqsədi Böyük Britaniya ictimaiyyətinin ölkəmizin tarixi, mədəniyyəti və keçdiyi inkişaf yolu haqqında məlumatlandırılmasıdı. İlqar Nağıyev bildirib ki, Bakı adını daşıyan və gerbində şəhərin rəmzləri olan klubun İngiltərə kimi ölkənin UEFA yarışlarında yeganə təmsilçisi olması qürurvericidi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər