Azərbaycan klublarının oyunları qumara qoyulub?

Azərbaycan klublarının oyunları qumara qoyulub?

Qışda daxili çempionatlarda yaranan fasilə zamanı klubların ən çox üz tutduğu məkan Türkiyənin Antalya şəhəridi. Burada müxtəlif komandalar hazırlıq keçməklə yanaşı, həm də, yoxlama matçlarında öz qüvvəsini sınayır.

Amma onların hazırlıq oyunlarından öz çirkin əməlləri üçün istifadə edənlər də var. Belə ki, mərc şirkətlərində çalışanlar oyunların alqı-satqısı üçün hakimlərin "xidmətindən" istifadə edir. Burada hazırlıq matçı xarakteri daşıdığını üçün klubların itirəcəyi ciddi bir şey olmur. Əvəzində isə kimlərsə öz çirkin əməlləri ilə ciblərini doldurur. Azərbaycan Premyer Liqasında çıxış edən klubların əksəriyyətinin də, hər il qış fasiləsində Antalyaya üz tutduğunu və burada hazırlıq matçı oynadıqlarını nəzərə alsaq, kənardan gələn hakimlər vasitəsi ilə matçlarına müdaxilə edilmədiyi istisna deyil. Sözsüz ki, burada klublarımızı günahlandırmaq yersizdi. Çünki onların oyunları tanımadıqları hakimlər tərəfindən idarə edilir. 

Artıq Antalyada oynanılan qarşılaşmaların bəzilərinin qumara qoyulduğu təsdiqlənib. Belə ki, sinqapurlu Rayender Prasad və Şre Maniş Kalra 2013-cü ilin yanvar və fevral ayında 3 qarşılaşmaya hakim vasiətsi ilə müdaxilə etdiyi üçün məhkəməyə verilib. Həmin ərəfədə 3 makedoniyalı hakimlərə müəyyən məbləğdə pul ödənilib və oyunu istədikləri kimi idarə etməyi bacarıblar.

Makedoniyalı hakimlərə ilk olaraq Belçikanın "Şarlerua" və Hollandiyanın "Venlo" komandalarının görüşü üçün 25 min avro ödənilib. Referilər həmin ilin fevralında isə Avtriyanın "Ştrum" və Rumınyanın "Styau" klublarının görüşündə sinqapurluların istəyini yerinə yetirmək üçün 27 min avro alıb. Bundan başqa hakimlərə "Styau"nun Rusiya "Dinamo"su ilə oyununda da 15 min avro rüşvət verilib.

Qeyd edək ki, hər iki sinqapurluları 5 ilədək həbs cəzası və 100 min avro cərimə gözləyir. //Sport7.az

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər