Azərbaycan klublarının iştirakı ilə şok oyun alqı-satqısı

Azərbaycan klublarının iştirakı ilə şok oyun alqı-satqısı
Mövsümün ikinci yarısına Bakıda hazırlaşan 5 klubun iştirakı ilə keçirilən "CBC Sport Kuboku" davam edir. Sözügedən turnirin ciddi bir əhəmiyyəti olmasa da, bəziləri bu yarışdan öz məqsədləri üçün istifadə edir.
Sport7.az-ın əldə etdiyi məlumata görə, iki klubun iştirakı ilə keçirilən qarşılaşma qumara qoyulub. Söhbət "Neftçala" - "Şərurspor" matçından gedir. Qarşılaşmanın heç-heçə başa çatması əvvəlcədən razılaşdırılıb. Onu da bildirək ki, xarici bukmeker kontorlarında, o cümlədən "bet365" mərc şirkətində "CBC Sport Kuboku"nun oyunları mərc proqramına daxil edilir. 
Məsələ ilə bağlı araşdırmalar davam edir. Onu da bildirək ki, danışıqlarda konkret olaraq kimlərin iştirak etdiyi də xəbəri yayan sayta məlumdu. Sadəcə, bir neçə dəqiqləşdirməli məqam var ki, bu barədə də oxuculara məlumat veriləcək.
Xatırladaq ki, "Neftçala" - "Şərurspor" matçı 2:2 hesabı ilə başa çatıb. Oyunda hesabı açan tərəf divizionun debütantı "Şərurspor" olub. 33-cü dəqiqədə Rəhman Musayev fərqlənib. Bundan 10 dəqiqə sonra Akşin Muxtaroğlu oyunda tarazlığı bərpa edib 1-1. 86-cı diqəqədə isə Rəhman Hacıyev yenidən "Şərurspor"u hesabda önə çıxarıb. Maraqlıdı ki, bundan 2 dəqiqə sonra Anar Babayev yenidən hesabı bərabərləşdirib - 2:2.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər