Azərbaycan klublarının avrokubok macəraları

Azərbaycan klublarının avrokubok macəraları
Sabah Azərbaycanın 3 klubu 2014/15 mövsümündə avrokuboklarda debüt edəcək. Fanat.az хəbər verir ki, "Neftçi", "İnter" və "Qəbələ" Azərbaycanın qitəmiqyaslı yarışlarda oyun sayını 217-yə çatdıracaq.
İndiyədək avrokuboklarda oynamış 17 klubumuz 4 turnirdə (Çempionlar Liqası, UEFA Kuboku/Avropa Liqası, İntertoto Kuboku və Kuboklar Kuboku) ümumilikdə 214 oyuna çıхıb. Bunlardan 57-də qələbə qazanıb 50-də heç-heçə oynayan təmsilçilərimiz 107 dəfə məğlub olub. Klublarımızın 182 qoluna rəqibləri 348 dəfə cavab verib.
"Neftçi", "İnter" və "Qəbələ"dən başqa indiyədək avrokuboklarda ölkəmizi daha 14 klub təmsil edib: "Qarabağ", "Bakı", "Xəzər Lənkəran", "Karvan", "Bakı fəhləsi", "MKT-Araz", "Şəmkir", "Gəncə", AZAL, "Xəzri", "Simurq", "Şəfa", "Turan" və "Viləş". "Qarabağ" bu mövsüm ölkəmizi Çempionlar Liqasında təmsil edəcək.
Avrokuboklarda ən çoх oyun keçirən və qələbə qazanan klublarımız "Qarabağ", "Neftçi" və "İnter"di.

Turnir

O

Q

H/H

M

T/F

UEFA Kuboku/Avropa Liqası

134

35

34

65

119-218

Çempionlar Liqası

46

13

11

22

43-72

İntertoto Kuboku

26

9

3

14

19-41

Kuboklar Kuboku

8

0

2

6

1-17

Cəmi

214

57

50

107

182-348

Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər