Azərbaycan klubları inamlı qələbələrlə başladı

Azərbaycan klubları inamlı qələbələrlə başladı

İspaniyanın Bilbao şəhərində klublararası Avropa çempionatı start götürüb. Fanat.az xəbər verir ki, Azərbaycan yarışda 2 komanda ilə təmsil olunur - "SOCAR Azerbaijan" və "Odlar Yurdu".

İlk turda "Vikinq" klubu ilə üz-üzə gələn daha güclü təmsilçimiz çətinliklə üzləşməyib. "SOCAR Azerbaijan" 5,5:0,5 hesablı qələbəni bayram edib. Azərbaycan klubunun heyətində bu turda yer alan Teymur Rəcəbov bə Eltac Səfərli aktivlərinə 1 xal yazdırmağı bacarıblar.

Azərbaycanlı qrossmeysterlərdən qurulmuş "Odlar Yurdu" isə "Qambit" komandasına şans tanımayıb və "böyük qardaşları" ilə eyni nəticəni təkrarlayıb - 5,5:0,5.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər