Azərbaycan - İtaliya oyunu harda keçiriləcək?

Azərbaycan - İtaliya oyunu harda keçiriləcək?
Azərbaycan yığmasının AVRO-2016-nın seçmə mərhələsində İtaliya ilə ev oyununu keçiriləcəyi stadiona hələ məlum deyil. Fanat.az xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib. 
AFFA rəsmisi tikintisi davam edən və 2015-ci ildə başa çatacaq Bakı Olimpiya stadionunda İtaliya yığmasını qəbul edə bilmək ehtimalına toxunub: "İtaliya yığmasına qarşı oyunu keçirməyə ilk namizəd Tofiq Bəhramov adına Respublika stadionudu. İkinci nömrə altına “Bakcell Arena” dayanıb. Çünki, bu müddətə, Avropa oyunları-2015-dən sonra UEFA təmsilçilərinin yeni Olimpiya stadionunu qitə futbol qurumunun bayrağı altında oyunlar keçirməyə təsdiqləyəcəyi hazırda məlum deyil. Əgər bu, təsdiqlənsə, İtaliya yığmasına qarşı oyunu orada keçirəcəyik".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər