Azərbaycan - Çexiya oyununun hakimləri

Azərbaycan - Çexiya oyununun hakimləri

Futzal üzrə Avropa çempionatının final mərhələsində baş tutacaq Azərbaycan - Çexiya matçının hakimləri müəyyənləşib. Fanat.az xəbər verir ki, UEFA qarşılaşmanı Sloveniya və Avstriyadan olan hakimlərə həvalə edib.

Fevralın 5-də "Belqrad Arena"da keçiriləcək və Bakı vaxtı ilə saat 00.00-da başlayacaq matçın baş hakimi sloveniyalı Admir Zahoviç olacaq. Ona avstriyalı Cerald Bayerfeind və polşalı Tomaş Frak köməklik edəcək.

Qeyd edək ki, Azərbaycan Avropa çempionatında ilk oyununu bu gün İtaliyaya qarşı keçirəcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər