Moskvada çimərlik futbolu üzrə Avropa Liqası davam edir. Fanat.az xəbər verir ki, Azərbaycan yığması ikinci oyununda Estoniya ilə qarşılaşıb.
Futbolçularımız bu oyundan məğlub ayrılıblar - 1:2. Millimizin yeganə qoluna Hikmət Bağırov imza atıb.
Qeyd edək ki, millimiz ilk oyununda Qazaxıstanla qarşılaşmışdı və 3:1 hesabıyla qalib gəlmişdi. Estoniya isə starda Moldovanı 7:3 hesabıyla məğlub etmişdi. Komandamız son oyununu Moldovaya qarşı keçirəcək.
Fanat.az