Azərbaycan - Ermənistan oyunu keçirilməyəcək - UEFA-nın qərarı

Azərbaycan - Ermənistan oyunu keçirilməyəcək - UEFA-nın qərarı
19 yaşadək futbolçulardan ibarət komandalar arasında 2015-ci ildə təşkil olunacaq Avropa çempionatının ilkin seçmə mərhələsinin 4-cü qrupunun tərkibində UEFA-nın qərarına əsasən dəyişiklik edilib. Fanat.az xəbər verir ki, müvafiq yaş qrupundan ibarət Azərbaycan yığmasının mübarizə aparacağı bu qrupdan Ermənistan yığması çıxarılıb. 
Bu komandanın əvəzinə 4-cü qrupda Sloveniya yığması mübarizə aparacaq. Beləliklə, 2014-cü il noyabrın 10-dan 15-dək Macarıstanda keçiriləcək ilkin seçmə mərhələdə yığmamız Slovakiya, Macarıstan və Sloveniya komandaları ilə mübarizə aparacaq.
Qeyd edək ki, Ermənistan yığması İtaliya, Serbiya və San Marinonun yer aldığı 9-cu qrupa keçirilib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər