Azərbaycan çempionu müəyyənləşdi: ardıcıl 6-cı qızıl

Azərbaycan çempionu müəyyənləşdi: ardıcıl 6-cı qızıl
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasına yekun vurulub. Fanat.az xəbər verir ki, Voleybol Mərkəzində baş tutan matçlarla ölkə çempionatının mükafatçılarının tam siyahısı müəyyənləşib.
Çempiondan öncə isə bürünc medalçının adına aydınlıq gəlib. İlk 2 görüşdə “Azərreyl”ə qalib gələn (3:1, 3:0) “İqtisadçı” bu dəfə də rəqibini məğlub etməkdə çətinlik çəkməyib - 3:0. Bununla da onlar yarışı 3-cü pillədə başa vurublar.
3 qələbəyədək davam edən final mərhələsinin “Azəryol”la 3-cü oyunundan sonra “Rabitə” aktivinə növbəti çempionluğunu yazıb. Eldar Yusubovun yetirmələri əzəli rəqiblərinin cütün taleyini 4-cü və ya 5-ci görüşə daşımasına imkan verməyiblər. İlk iki oyunda 3:1-ə sevinən "Rabitə" bu dəfə 3:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, 2008-ci ildə yaradılan Azərbaycan Super Liqasında 6-cı mövsümə yekun vurulub. Yarışın tarixinə yeganə çempion kimi düşən “Rabitə” hegemonluğunu bu dəfə də davam etdirib. Ümumilikdə, Azərbaycan çempionatlarında ardıcıl 8-ci, Super Liqada isə 6-cı zəfərini bayram edən paytaxt klubu final seriyasını erkən bitirməklə bu titula yiyələnib. 
2013-cü ilin yayına kimi “Azərreyl” adı altında çıxış edən “Azəryol” isə ikisi ardıcıl olmaqla, 4-cü gümüşünü qazanıb. Hesabında bürünc medalı da olmayan bakılılar bununla ümumi mükafat sayında “İqtisadçı”ya şərik çıxıblar. Çünki cəmi 1 gümüşü olan “tələbələr” hamıdan çox - 3 bürünc qazanmaqla, medallarının sayını 4-ə çatdırıb.
Azərbaycan çempionatının medallarını ümumilikdə 5 komanda qazanıb. Cari mövsümün 3 mükafatçısından başqa, daha 2 klub fəxri kürsüyə qalxa bilib. Tarixinin ən uğursuz mövsümün keçirən “Lokomotiv” 2 gümüş və 1 bürünc, artıq fəaliyyəti dayandırılan “Bakı” isə 1 üçüncülük əldə edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər