Azərbaycan çempionu 6-cı qələbəsini qazandı

Azərbaycan çempionu 6-cı qələbəsini qazandı
Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsində son turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, "Rabitə" VI turda "Omiçka"nın qonağı olacaq.
İlk 5 oyunda qələbə qazanan Azərbaycan çempionu Rusiya səfərindən də qalib dönüb. İlk iki setdə qalib gələn "Rabitə" üstünlüyü əldən versə də, tay-brekdə qələbəni bayram edib.
6 oyunda 6 qələbə qazanan Azərbaycan çempionu play-off mərhələsinə qrup qalibi olaraq yollanıb.
Voleybol
Çempionlar Liqası
VI tur, 17 dekabr
A qrupu
Omiçka (Rusiya) - Rabitə (Azərbaycan) 2:3 (19:25; 22:25; 25:23; 25:19; 11:15)
Hakimlər: Martin Hudik (Çexiya), Gennadi Kondakov (Ukrayna).
Omsk, V. Blinov adına İdman-Konsert Kompleksi.

1

Rabitə

6

6

0

18-5

540-444

16

2

Omiçka

6

4

2

16-7

522-449

14

3

Dresdner

5

1

4

4-13

339-407

3

4

Beziers

5

0

5

2-15

322-423

0

Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər