Əvəzedici heyətlər arasında ölkə çempionatında XVI turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, turun bütün qarşılaşmaları eyni gündə baş tutub.
Ötən tur qış çempionluğunu təmin edən "İnter" "Xəzər Lənkəran"ı qəbul edib. Qarşılaşmada 7 qol vurulub və "İnter" 4:3 hesablı qələbə qazanıb.
AZAL - "Rəvan" matçını izləyənlər də qol şousuna şahidlik edib. 6 qolun vurulduğu qarşılaşmada qalib müəyyənləşməyib - 3:3.
"Qəbələ" - "Simurq" oyunu da sülhlə bitib - 2:2. "Sumqayıt" "Bakı"nı 1:0 hesabı ilə yenib. "Neftçi" isə eyni hesabla "Qarabağ"ı məğlub edib.
Əvəzedici heyətlər
2013/14 mövsümü
XVI tur, 7 dekabr
AZAL - Rəvan 3:3
Qollar: Elgün Orucov, 12. Adil Nağıyev, 73; 77 - Ayaz Mehdiyev, 40; 52. Aslan Hüseynov, 88.
Qəbələ - Simurq 2:2
Qollar: Nuran Qurbanov, 11; 90+2-pen - Arzuman Nəsibov, 10. Oruc Balaşlı, 76-pen.
Sumqayıt - Bakı 1:0
Qol: Bayram Nuruzadə, 82.
İnter - Xəzər Lənkəran 4:3
Qollar: Ramil Mansurov, 18. Mirsahib Abbasov, 27; 87. Elnur Süleymanov, 69 - Elnur Cəfərov, 6. Elçin Qasımzadə, 34. İlyas Səfərzadə, 89.
Qarabağ - Neftçi 0:1
Qol: Mirabdulla Abbasov, 55.
| 1 | İnter | 16 | 13 | 1 | 2 | 49-20 | 40 |
| 2 | Simurq | 16 | 8 | 5 | 3 | 28-19 | 29 |
| 3 | Qəbələ | 16 | 9 | 2 | 5 | 27-22 | 29 |
| 4 | Xəzər L | 16 | 7 | 3 | 6 | 30-24 | 24 |
| 5 | Neftçi | 16 | 6 | 5 | 5 | 27-31 | 23 |
| 6 | Qarabağ | 16 | 5 | 4 | 7 | 19-26 | 19 |
| 7 | Rəvan | 16 | 4 | 7 | 5 | 27-26 | 19 |
| 8 | Bakı | 16 | 3 | 7 | 6 | 23-30 | 16 |
| 9 | Sumqayıt | 16 | 3 | 3 | 10 | 20-35 | 12 |
| 10 | AZAL | 16 | 2 | 4 | 10 | 21-36 | 10 |
Bombardirlər: Oruc Balaşlı (Simurq) - 13. Mirsahib Abbasov (İnter) - 13. Cavid Muxtarzadə (Neftçi), Ramil Mansurov (İnter) - 11.
Fanat.az