Futzal üzrə Azərbaycan çempionatının debütantı "Xəzər Aylands" heyətini gücləndirməkdə davam edir. Fanat.az xəbər verir ki, komanda bu dəfə braziliyalı Aleksandr Araça ilə müqavilə imzalayıb.
Qeyd edək ki, 30 yaşlı futzalçının son klubu İspaniyanın "Maqna Navarra" klubu olub.
Fanat.az