I divizionda daha bir yubiley qeydə alınıb. Fanat.az xəbər verir ki, ötən gün mövsümün 600-cü qolu vurulub.
Yubiley qolu XXVII turun "Bakılı" - "Neftçala" oyununda (3:5) qeydə alınıb. Qonaq komandan Aqşin Həşimovun 79-cu dəqiqədə vurduğu qol 600-cü olub. Bundan sonra matçda daha 3 qol vurulduğundan say 603-ə çatıb.
Qeyd edək ki mövsümün ilk qoluna I turun sentyabrın 13-də keçirilən "Energetik" - "Lokomotiv" matçının (0:3) Tural Qürbətov imza atmışdı. O, 85-ci dəqiqədə daha bir qol vuraraq həm də mövsümün ilk dublunun müəllifi olmuşdu.
Fanat.az