AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Bolqarıstan oyununun biletləri satışa çıxarılıb. Fanat.az xəbər verir ki, Qarşılaşmanın biletlərinin qiyməti 2, 4 və 20 AZN-di.
Biletləri "Bakcell Arena"nın kassalarında, 28 Mall Ticarət Mərkəzində və Nizami küçəsi 123 ünvanında yerləşən Bakcell Müştəri Xidmətləri mərkəzində əldə etmək mümkündü.
Fanat.az