Azərbaycan - Bolqarıstan oyunu yəhudilərə tapşırıldı

Azərbaycan - Bolqarıstan oyunu yəhudilərə tapşırıldı
AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Bolqarıstan oyununu idarə edəcək hakimlər müəyyənləşib. Fanat.az xəbər verir ki, UEFA matçı israilli hakimlərə tapşırıb.
Qarşılaşmanı Alon Yefet idarə edəcək. Ona Danni Krasikov və David Elias Bitton yardımçı olacaq. Dördüncü hakim funksiyasını Nissan Davidi, əlavə köməkçi hakim funksiyasını Liran Liani və Roi Reinşreyber yerinə yetirəcək.
Matçın hakim-inspektor isveçli Krister Fallstrom, UEFA nümayəndəsi latviyalı Yevgenis Milevskis olaxaq.
Qeyd edək ki, Azərbaycan - Bolqarıstan oyunu sentyabrın 9-da "Bakcell Arena"da keçiriləcək və saat 21.00-da başlayacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər