Qış fasiləsini Azərbaycanda keçirən klublar arasında keçirilən mini futbol turniri davam edir. Fanat.az xəbər verir ki, bu gün turnirin 3-cü oyunu baş tutub.
Günün yeganə oyununda AZAL I divizion təmsilçisi MOİK-i sınağa çəkib. "Bayıl Arena"da keçirilən qarşılaşmada iki qol vurulub. Tərlan Xəlilovla Nuqzar Kvirtiyanın qolları AZAL-a qələbə qazandırıb.
Qeyd edək ki, turnirin ilk oyununda AZAL "Neftçi"yə uduzub - 0:1. Digər matçda isə "Neftçala" "Şərurspor"la "sülh" bağlayıb - 2:2.
Qış turniri
16 yanvar
13.00 AZAL - MOİK 2:0
Qollar: Tərlan Xəlilov, 20. Nuqzar Kvirtiya, 73.
"Bayıl Arena".
| 1. | AZAL | 2 | 1 | 0 | 1 | 2-1 | 3 |
| 2. | Neftçi | 1 | 1 | 0 | 0 | 1-0 | 3 |
| 3. | Neftçala | 1 | 0 | 1 | 0 | 2-2 | 1 |
| 4. | Şərurspor | 1 | 0 | 1 | 0 | 2-2 | 1 |
| 5. | MOİK | 1 | 0 | 0 | 1 | 0-2 | 0 |
Fanat.az