Avropada Azərbaycan derbisi baş tuta bilər

Avropada Azərbaycan derbisi baş tuta bilər
Qadın voleybolçular arasında CEV kubokunun "Çelenc raund"unun püşkü atılıb. Fanat.az xəbər varir ki, Avropa Voleybol Konfederasiyasının Lüksemburqdakı mənzil-qərargahında Çempionlar Liqasında 3-cü yeri tutan komandaların potensial rəqiblərinin adına aydınlıq gəlib. 
Belə ki, püşk qitənin ən nüfuzlu klub turnirində mübarizəni dayandıran “Azəryol”un kimlə qarşılaşacağını da müəyyənləşdirib. “Çelenc raund”da Ancelo Vercesinin yetirmələri “Bank Fakro” (Polşa) - “Lokomotiv” (Azərbaycan) cütünün qalibi ilə oynayacaqlar. 
1/4 finalda digər təmsilçimiz “Azərreyl” isə “Uraloçka” səddini keçərsə, Rumıniya “Dinamo-Romprest”i ilə oynayacaq. 
Çelenc raund
Agel (Çexiya) - Salo (Finlandiya)//Fənərbaxça (Türkiyə) cütünün qalibi
Bank Fakro (Polşa)//Lokomotiv (Azərbaycan) cütünün qalibi - Azəryol (Azərbaycan)
Ximik (Ukrayna)//Aluprof (Polşa) cütünün qalibi - Dresdner (Almaniya)
Azərreyl (Azərbaycan)//Uraloçka (Rusiya) - Dinamo-Romprest (Rumıniya)
Qeyd edək ki, bu raundun ilk oyunları fevralın 25-26-da, cavab görüşləri isə martın 1-2-də olacaq. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər