Avropa Kuboku: "Vüqar Həşimov" son turda Almaniya, "Odlar Yurdu" Serbiya komandası ilə üz-üzə

Avropa Kuboku: "Vüqar Həşimov" son turda Almaniya, "Odlar Yurdu" Serbiya komandası ilə üz-üzə

Azərbaycanın şahmat üzrə kişilərdən ibarət "Vüqar Həşimov" və qadınlardan ibarət "Odlar Yurdu" komandası Avstriyanın Mayrhofen şəhərində təşkil olunan Avropa Kubokunda bu gün son oyunlarını keçirir.

Fanat.Az xəbər verir ki, sonuncu - yeddinci turda "Vüqar Həşimov" bu dəqiqələrdə Almaniyanın "Şahlub" kollektivi ilə üz-üzə gəlir. "Odlar Yurdu" isə Serbiyanın "Sirmium" komandasına qarşı mübarizə aparır.

VII tur

Kişilər

"Şahklub" (Almaniya) - "Vüqar Həşimov" (Azərbaycan)

Yuri Krivoruçko - Rauf Məmmədov Yuri Kuzubov - Kirill Şevçenko Sergey Fedorçuk - Misratdin İskəndərov Sebastian Maze - Vüqar Əsədli Fabien Libizevski - Əhməd Əhmədzadə Konstantin Tarlev - Ülvi Sadıqov

Qadınlar

"Odlar Yurdu" (Azərbaycan) - "Sirmium" (Serbiya)

Günay Məmmədzadə - Yovana Erik Ülviyyə Fətəliyeva - Tiyana Blaqoyeviç Gülnar Məmmədova - Marina Qayçın Xanım Balacayeva - Mila Zarkoviç   Hazırda 10 xalı olan "Vüqar Həşimov" turnir cədvəlində 70 komanda arasında 3-cü sırada yer alıb. "Odlar Yurdu" isə 6 xalla 17 kollektiv arasında 8-ci sırada qərarlaşıb. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər