Avropa Kuboku: Azərbaycan komandaları Çexiya və İsrail klubları ilə üz-üzə

Avropa Kuboku: Azərbaycan komandaları Çexiya və İsrail klubları ilə üz-üzə

Azərbaycanın kişilərdən ibarət "Vüqar Həşimov" və qadınlardan ibarət "Odlar Yurdu" komandası Avstriyanın Mayrhofen şəhərində keçirilən Avropa Kubokunda bu gün növbəti oyunlarını keçirəcək.

Fanat.Az xəbər verir ki, "Vüqar Həşimov" V turda Çexiyanın "Moravska Slaviya", Odlar Yurdu" İsrailin "Hayfa-Neşer" klubu ilə qarşılaşacaq.

V tur

Kişilər

"Moravska Slaviya" (Çexiya) - "Vüqar Həşimov" (Azərbaycan)

Qadınlar

"Hayfa-Neşer" (İsrail) - "Odlar Yurdu" (Azərbaycan)

Qeyd edək ki,  "Vüqar Həşimov" hazırda 6 xalla turnir cədvəlində 9-cu "Odlar Yurdu" 4 xalla 8-ci yerdə gedir. Kişilərin turnirində 70, qadınlarda 17 komanda çıxış edir. Hər iki mübarizə İsveçrə sistemi üzrə 7 turdan ibarət olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər