Aslan Kərimov püşkdə bu rəqibləri arzulayır: "Onları adlaya bilərik"

Aslan Kərimov püşkdə bu rəqibləri arzulayır: "Onları adlaya bilərik"

Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq. İki oyunun nəticəsinə əsasən "Braqa" nı ( ilk oyun - 4:2, cavab oyunu - 2:3) məğlub edən "Qarabağ"ın da növbəti rəqibinin adına aydınlıq gələcək. 

"Köhlən atlar"ın sabiq futbolçusu və tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb püşkdən öncə fikirlərini öyrəndik.

Aslan Kərimov püşkdə bu rəqibləri arzulayır: "Onları adlaya bilərik" Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Qarabağ" fərqli qrupların liderlərindən biri ilə rəqib olacaq. Komandamızın "Bayer Leverkuzen", "Liverpul" və digər İngiltərə klubları ilə qarşılaşmasını istəməzdim. "Slaviya", "Reyncers" və "Vilyareal" nisbətən uyğun olar. Fikrimcə, "Slaviya" və "Reyncers" daha münasibdir. Düşünürəm ki, biz onları adlaya bilərik".

Qeyd edək ki, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma Bakı vaxtı ilə saat 15.00-da başlayacaq.

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər